Bakı. Trend:
Prezident Rəcəb Tayyib Ərdoğan tikilməkdə olan Akkuyu Atom Elektrik Stansiyasına (AES) baxış keçirib.
Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan “Abdulhamid Khan” qazma gəmisinin Aralıq dənizində ilk missiyasına yola salınması mərasimindən sonra Akkuyu AES-in tikintisinin davam etdiyi Gülnar bölgəsi üzərində vertolyotla uçub.
Dövlət başçısı vəziyyətlə yerində tanış olub, strateji obyektin tikintisi ilə bağlı bütün lazımi məlumatları alıb.