Bakı. Trend:
ABŞ-ın Evansvill şəhərində (İndiana ştatı) yaşayış evində partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə "CNN" telekanalına yanğınsöndürmə rəisi Mayk Konnelli deyib.
Onun sözlərinə görə, yanğın nəticəsində azı 3 nəfər həlak olub. "Başqa qurbanlar da ola bilər, axtarışları hələ başa çatdırmamışıq", - deyə M.Konnelli bildirib.
O əlavə edib ki, partlayış nəticəsində 39 evə zərər dəyib.
Partlayışın səbəbi məlum deyil. İnsidentlə bağlı araşdırma aparılır.