...

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1,2 min nəfəri ötüb

Dünya xəbərləri Materials 2 Sentyabr 2022 08:51 (UTC +04:00)
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1,2 min nəfəri ötüb

Bakı. Trend:

Pakistanda iyun ayının ortasında davam edən daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Trend Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinə istinadən xəbər verir ki, daşqınlar nəticəsində ölənlərin sayı 1208 nəfərə çatıb, 6 082 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, təbib fəlakət 5 min kilometrdən artıq avtomobil yolunu yararsız hala salıb, 1,1 milyondan artıq ev dağılıb, onlardan 436 minə yaxınını bərpa etmək mümkün deyil, 733 min başdan çox mal-qara tələf olub.

Zərər çəkmiş bölgələrdə xilasetmə əməliyyatlarına Pakistan Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin hərbçiləri, həmçinin ordu aviasiyası və hərbi mühəndislik texnikası cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti