...

Polşa, Estoniya, Litva və Latviya Rusiya vətəndaşlarına ölkəyə girişi bağlayıblar

Dünya xəbərləri Materials 19 Sentyabr 2022 05:09 (UTC +04:00)
Polşa, Estoniya, Litva və Latviya Rusiya vətəndaşlarına ölkəyə girişi bağlayıblar

Bakı. Trend:

Estoniya, Polşa, Litva və Latviya Rusiya vətəndaşlarının, o cümlədən üçüncü ölkələr tərəfindən verilmiş Şengen vizası olanların ölkəyə girişini qadağan edib.

Trend xəbər verir ki, bu barədə Estoniya hökumətinin rəsmi saytında yerləşdirilən açıqlamada deyilir.

"Latviya, Litva və Polşa ilə birlikdə ictimai asayişi və təhlükəsizliyi qorumaq məqsədilə Rusiya vətəndaşları üçün turizmə ümumi məhdudiyyətlər tətbiq etmək qərarına gəldik", - deyə açıqlamada deyilir.

Sentyabrın 19-u saat 00:00-dan etibarən rusiyalı səyahətçilər turizm məqsədilə dörd Avropa ölkəsinə buraxılmayacaqlar. Hökumət saytı aydınlaşdırır ki, giriş qadağası bütün vətəndaşlara şamil edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti