...

Türkiyədə ilk dəfə zirehli maşınlardan kənarı görmə sistemi hazırlanıb (FOTO)

Dünya xəbərləri Materials 4 Oktyabr 2022 13:37 (UTC +04:00)
Türkiyədə ilk dəfə zirehli maşınlardan kənarı görmə sistemi hazırlanıb (FOTO)

Bakı. Trend:

Türkiyənin BITES Savunma və Türk Aerokosmik Sənayesi (TUSAŞ) şirkətləri tərəfindən hər növ zirehli maşın ekipajlarının bölgədəki vəziyyət barədə məlumatlılığını artıran ilk "İnfra-Zirehli Görmə" sistemi hazırlanıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, əsasən döyüş tankları və zirehli döyüş maşınları kimi yaxından görmə qabiliyyəti məhdud olan hərbi maşınlarda istifadə olunacaq sistem, şəxsi heyətin döyüş sahəsində vəziyyətə dair məlumatlılığını artırmaqda istifadə ediləcək.

BITES şirkətinin baş direktor müavini Erinç Albayrak bildirib ki, Zirehli Görmə sistemi bir neçə test mərhələsinidə müvəfəqiyyətlə bitirdikdən sonra 2023-cü ildə Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək.

"Zirehli döyüş maşınları və tankların xarici aləmlə əlaqələri vizual baxımdan zəifdir. Bu layihə ilə birliktə, türk əsgərləri tanklara quraşdırılmış kameraların dəstəyi ilə görmə xəttini bağlayan zirehdən kənara çıxaraq döyüş meydanını sanki şüşədən izləyirmişcəsinə müşahidə edə biləcəklər. Bu sistem döyüş meydanındakı vəziyyətlə bağlı əsgərlərimizin məlumatlılığını artıracaq." - deyə Albayrak əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti