Bakı. Trend:
Almaniyanın "Mercedes-Benz" avtomobil konserni Rusiya bazarını tərk etmək niyyətində olduğunu açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə şirkətin bugünkü açıqlamasında deyilir.
Qeyd olunur ki, şirkət Rusiyadakı törəmə müəssisələrini "Avtodom" şirkətinə satacağını elan edib.
Xatırladaq ki, "Mercedes-Benz" bu il martın əvvəlində Rusiyada avtomobil istehsalını və avtomobil ixracını dayandırdığını açıqlamışdı.