Bakı. Trend:
Rusiyada koronavirusun "omikron" ştammının iki yeni variantı aşkar edilib.
Trend-in məlumatına görə, bunu çərşənbə günü Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova brifinq zamanı deyib.
"Ötən həftə biz Rusiya üçün yeni hesab olunan iki genovariant, BQ.1.1 və BQ.1 ştamlarını aşkar etmişik. Onlardan biri ölkəyə xaricdən daxil olub. Bu variantlar daha yoluxucu hesab olunur", - deyə o bildirib.
Eyni zamanda A.Popova bildirib ki, həmin variantlar xəstəliyin kliniki simptomlarında ciddi dəyişikliyə yol açmayıb və bununla əlaqədar olaraq Rusiyada yeni məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmur.