...

Paşinyan Ermənistanın istintaq komitəsinə çağırılıb

Dünya xəbərləri Materials 18 Noyabr 2022 15:45 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan İstintaq komitəsi baş nazir Nikol Paşinyanı 2020-ci il İkinci Qarabağ müharibəsi dövründə bir sıra vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə işi ilə bağlı ifadə verməyə çağırıb.

Trend-in Ermənistan KİV-nə istinadən məlumatına görə, bu barədə bu gün İstintaq komitəsinin mətbuat xidməti bildirib.

"Həmin cinayət işi üzrə baş nazir Paşinyan şahid qismində dindirilib", - məlumatda deyilir.

İstintaq komitəsi cinayət işini bu ilin mayında başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti