...

Avropa Parlamentinin internet saytı "DDOS"-hücuma məruz qalıb

Dünya xəbərləri Materials 23 Noyabr 2022 22:58 (UTC +04:00)
Avropa Parlamentinin internet saytı "DDOS"-hücuma məruz qalıb

Bakı. Trend:

Avropa Parlamentinin saytına bir müddət əvvəl "DDOS"-hücumu səbəbindən daxil olmaq çətinləşmişdi.

Trend xəbər verir ki, bunu çərşənbə günü özünün "Twitter" səhifəsində Avropa Parlamentinin nümayəndəsi Jaume Duk yazıb.

"Kənardan Avropa Parlamentinin saytına daxil olmaq şəbəkə trafikinin yüksək səviyyədə olması səbəbindən çətindir", - deyə J.Duk bildirib.

Onun sözlərinə görə, Avropa Parlamentinin mütəxəssisləri bu problemi aradan qaldırmaq üçün çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti