...

Ancelina Coli BMT-dəki xüsusi səfir postunu tərk edir

Dünya xəbərləri Materials 17 Dekabr 2022 10:31 (UTC +04:00)

Bakı. Trend:

Amerikalı aktrisa Ancelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığındakı (UNHCR) xüsusi postunu tərk edir.

Trend xəbər verir ki, bu barədə Komissarlığın saytında məlumat verilib.

Bildirilir ki, Coli daha geniş humanitar problemlər və insan haqları məsələləri istiqamətində işləməyə davam edəcək.

Qeyd edək ki, Ancelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında 2001-ci ildən işləyirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti