...

Türkiyə hökuməti Qara dənizdəki yatağın milli qaz sisteminə qoşulmasını müzakirə edəcək

Dünya xəbərləri Materials 25 Dekabr 2022 22:53 (UTC +04:00)
Türkiyə hökuməti Qara dənizdəki yatağın milli qaz sisteminə qoşulmasını müzakirə edəcək

Bakı. Trend:

Türkiyə hökuməti sabah Qara dənizdə aşkarlnan yeni qaz yatağının milli qaz sisteminə qoşulmasını müzakirə edəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dekabrın 26-da keçiriləcək Nazirlər Kabinetinin 2022-ci ilin son iclasının proqramında deyilir.

Görüş zamanı enerji və təbii sərvətlər naziri Fatih Dönməz Qara dəniz qazı ilə bağlı vəziyyətin inkişafı barədə danışacaq.

İclasda yeni ildə bir çox sahələrdə, xüsusilə iqtisadiyyat, xarici siyasət və terrorizmlə mübarizə sahələrində atılacaq addımların müzakirə ediləcəyi də gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti