...

Ronaldo Pelenin vəfat etməsi ilə bağlı paylaşım edib

Dünya xəbərləri Materials 30 Dekabr 2022 02:07 (UTC +04:00)
Ronaldo Pelenin vəfat etməsi ilə bağlı paylaşım edib

Bakı. Trend:

Kriştianu Ronaldo üçqat dünya çempionu Pelenin vəfat etməsi ilə bağlı instaqram hesabında paylaşım edib.

Trend xəbər verir ki, futbolçu Pelenin vəfatından kədərləndiyini vurğulayıb:

“Bütün Braziliyaya, xüsusən də Pelenin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Hazırda bütün futbol dünyasını əhatə edən ağrını ifadə etmək çox çətindir. Pele milyonlarla insan üçün ilham və əbədi olaraq bir istinad idi. Onun mənə həmişə göstərdiyi məhəbbət və uzaqdan da olsa, paylaşdığımız hər an qarşılıqlı idi. O, heç vaxt unudulmayacaq”,- deyə Ronaldo bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti