Bakı. Trend:
Çinin PetroChina neft və qaz şirkəti 2022-ci ildə ölkənin ən böyük Çantsin yatağında rekord həddə - 65 milyon ton yanacaq hasil edib.
Trend-in məlumatına görə, bu barədə Sinxua agentliyi xəbər yayıb.
2022-ci ildə yataqda neft və qaz hasilatı əvvəlki illə müqayisədə 2,57 milyon ton artıb.
Çantsin yatağı Çinin şimalında yerləşir. Onun təsdiqlənmiş ehtiyatları Çinin ümumi ehtiyatlarının təxminən üçdə birinə bərabərdir.