Bakı. Trend:
“Amazon” şirkəti 18 mindən çox işçisini ixtisar edəcək.
Trend xəbər verir ki, bu barədə onlayn pərakəndə satış şirkətinin baş direktoru Andy Jesse bildirib.
Onun sözlərinə görə, qərar iqtisadiyyatdakı qeyri-müəyyənliklər və son iki ildə çoxlu sayda işçinin işə götürülməsi ilə əlaqədar olaraq 2023-cü il üçün planlaşdırmanın bir hissəsi kimi qəbul edilib.
Qeyd edək ki, ötən il noyabrda “Amazon” rəhbərliyi 10 min nəfəri ixtisar etməyi planlaşdırdığı bildirilmişdi.