...

Fil Dişi Sahilində iki avtobus toqquşub, çox sayda ölən və yaralanan var

Dünya xəbərləri Materials 5 Yanvar 2023 22:14 (UTC +04:00)
Fil Dişi Sahilində iki avtobus toqquşub, çox sayda ölən və yaralanan var

Bakı. Trend:

Fil Dişi Sahilində iki sərnişin avtobusu toqquşub.

Trend xəbər verir ki, bu barədə cümə axşamı yerli "Frama" xəbər portalı məlumat yayıb.

Məlumata əsasən, toqquşma nəticəsində 14 nəfər həlak olub, 73 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Hadisənin səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti