Bakı. Trend:
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov MMA-dan (Qarışıq Döyüş Növləri) gedib.
Trend xəbər verir ki, o, artıq məşq keçməyəcək və təlim-məşq toplanışında komanda ilə birlikdə olmayacaq.
Qeyd edək ki, 34 yaşlı Nurməhəmmədov 2020-ci ilin oktyabrında UFC-dən ayrılıb.
Ümumilikdə, qarışıq döyüş növləri üzrə onun 29 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur.