Bakı. Trend:
İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.
Məlumata əsasən, zəlzələnin episentri təxminən 144 min nəfər əhalisi olan Qorontalo şəhərindən 77 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 145 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.