...

Argentinada 6,2 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 24 Yanvar 2023 23:53 (UTC +04:00)
Argentinada 6,2 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Argentinanın Santyaqo-del-Estero vilayətində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.

Məlumata əsasən, yeraltı təkanların episentri təxminən El Oyo şəhərindən 23 km şimalda yerləşib. Zəlzələnin ocağı 611 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti