...

Pakistanda avtobus qəzaya uğrayıb

Dünya xəbərləri Materials 29 Yanvar 2023 12:09 (UTC +04:00)
Pakistanda avtobus qəzaya uğrayıb

Bakı. Trend:

Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər həlak olub.

Trend xəbər verir ki, Kvettadan Kəraçiyə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus magistral yolda körpünün dayağına çırpılaraq xəndəyə düşüb və yanıb.

Bildirilir ki, qəza avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti