...

Avropa Mərkəzi Bankı baza faiz dərəcəsini illik 3%-ə qaldırıb

Dünya xəbərləri Materials 2 Fevral 2023 18:38 (UTC +04:00)
Avropa Mərkəzi Bankı baza faiz dərəcəsini illik 3%-ə qaldırıb

Bakı. Trend:

Avropa Mərkəzi Bankının İdarəetmə Şurası 50 baza bəndi üzrə üç əsas faiz dərəcəsini qaldırmaq qərarına gəlib və onların daha da qalxacağı mesajını verib.

Trend-in məlumatına görə, şuranın iclasının nəticələri üzrə dərc olunmuş pres-relizdən bu nəticəyə gəlmək olar.

"İdarəetmə Şurası Avropa Mərkəzi Bankının 50 baza bəndi üzrə üç əsas faiz dərəcəsini qaldırmaq qərarına gəlib və onların daha da qalxacağını proqnozlaşdırır", - məlumatda deyilir.

Beləliklə, baza faiz dərəcəsi 3%-ə qaldırılıb, depozitlər üzrə dərəcə 2,5%-dək, qısamüddətli kreditlər üzrə faiz dərəcəsi isə 3,25%-dək müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti