...

Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 5 Fevral 2023 05:31 (UTC +04:00)
Yaponiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Yaponiyanın İzu adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzindən bildirilib.

Məlumata əsasən, zəlzələnin episentri 50 min insanın yaşadığı Tateyama şəhərindən 292 km cənub-şərqdə, ocağı isə 60 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti