Bakı. Trend:
İsrailin paytaxtı Təl-Əvivin bələdiyyəsindən Türkiyəyə dəstək ifadə olunub.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Türkiyəyə dəstək məqsədilə Tel-Əviv bələdiyyəsinin binası Türkiyə bayrağı ilə işıqlandırılıb.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.