...

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 5 434-ə çatıb

Dünya xəbərləri Materials 7 Fevral 2023 22:35 (UTC +04:00)
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 5 434-ə çatıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 5 434-ə yüksəlib.

Trend xəbər verir ki, bunu Türkiyə səhiyyə naziri Fahrettin Koca açıqlayıb.

Onun sözlərinə görə, yaralıların sayı 31 777 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti