Bakı. Trend:
İranın qərbində yerləşən Lorestan vilayətində Əhmədiyyə orta məktəbində indiyədək 52 nəfər zəhərlənib.
Trend-in məlumatına görə, bunu Lorestan təcili yardım mərkəzinin direktoru Mehdi Qeybi deyib.
M.Qeybinin sözlərinə görə, Əhmədiyyə orta məktəbində zəhərlənənlərin sayı hər an artmaqdadır. Ötən gün də bu məktəbdə 21 şagird zəhərlənib.
Qeybi əlavə edib ki, zəhlənmənin səbəbinin dəm qazı olduğu bildirilsə də, səbəb araşdırılmaqdadır.