...

"Hər şey hər yerdə və bir anda" filmi "ən yaxşı film" nominasiyasında qalib oldu

Dünya xəbərləri Materials 13 Mart 2023 08:03 (UTC +04:00)
"Hər şey hər yerdə və bir anda" filmi "ən yaxşı film" nominasiyasında qalib oldu

Bakı. Trend:

Den Kvan və Daniel Şaynertin "Hər şey hər yerdə və bir anda" (2021) filmi "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatını qazandı.

Trend-in məlumatına görə, bu barədə 95-ci Amerika Kino Sənətləri və Elmləri Akademiyasının mükafatlandırma mərasimində bildirilib.

Lentdə paralel kainatlarda qadının şərlə mübarizəsindən bəhs edilir. Film absurd komediyasının elementlərini, elmi fantastika, döyüş, fantaziya və cizgi filmini özündə birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti