...

“Google” və “Intel” Silikon Vadisindəki ofislərini satır

Dünya xəbərləri Materials 20 Mart 2023 14:04 (UTC +04:00)
“Google” və “Intel” Silikon Vadisindəki ofislərini satır
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Google” və “Intel”in dünyanın texnologiya mərkəzi olan Silikon Vadisindəki ofislərini satışa çıxardığı öyrənilib.

Trend-in məlumatına görə, şirkətlər ixtisardan sonra mövcud işçilərinə daha yaxşı imkanlar təklif etmək üçün bu addımı atdıqlarını bildirirlər.

Keçən ilin ortalarından bu günə qədər bütün böyük texnologiya şirkətləri gündəmdə olmuş və çoxlu sayda işdən çıxarmalara imza atmışlar. Bu şirkətlərin başında Silikon Vadisi nəhəngi “Google” dayanır.

"Google" və "Intel" işdən çıxarmalarla əldə etdikləri rifahı daha yüksək səviyyəyə daşımaq istəyirlər və Silikon Vadisindəki ofislərini bu istiqamətdə satışa çıxardıqlarını bildiriblər.

Məşhur texnologiya şirkəti və çip istehsalçısı "Intel" Silikon Vadisində təxminən 470.000 kvadratmetr ofisə malikdir. Satışın qiyməti hazırda ictimaiyyətə açıqlanmasa da, xarici mənbələrin məlumatına görə, onun dəyəri 193 milyon dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti