...

İsrail HHQ Qəzza zolağına zərbələr endirib (VİDEO)

Dünya xəbərləri Materials 7 Aprel 2023 01:29 (UTC +04:00)
İsrail HHQ Qəzza zolağına zərbələr endirib (VİDEO)

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən məlumat verilib.

"İsrail Müdafiə Ordusu hazırda Qəzza zolağına zərbələr endirib", - deyə açıqlamada deyilir.

Bildirilir ki, zərbələr HƏMAS-ın mövqelərinə hədəflənib.

Xatlrkadaq ki, daha əvvəl İsrail Müdafiə Ordusunun mətbuat xidməti Livan ərazisindən İsrailə doğru ən azı 34 raket atıldığını, onlardan 25-inin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu, daha 5-nin isə dövlətin ərazisinə düşdüyünü bildirib. Daha dörd raketlə bağlı məlumat dəqiqləşdirilir. “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, raket hücumu nəticəsində 3 nəfər yüngül xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti