Bakı. Trend:
Yunanıstanın Krit adasının sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri İraklion şəhərindən 159 km şimal-şərqdə, ocağı isə 122 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.