...

KAAN 2028-ci ildə Türkiyə hərbi hava qüvvələrinin inventarına daxil ediləcək

Dünya xəbərləri Materials 3 May 2023 10:37 (UTC +04:00)
KAAN 2028-ci ildə Türkiyə hərbi hava qüvvələrinin inventarına daxil ediləcək

Bakı. Trend:

Milli döyüş təyyarəsi KAAN 2028-ci ildə Türkiyə hərbi hava qüvvələrinin inventarına daxil ediləcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Türkiyə hərbi hava qüvvələri komandanlığına 2028-ci ildə təhvil verilməsi planlaşdırılan milli döyüş təyyarəsi KAAN ilə Türkiyə, 5-ci nəsil döyüş təyyarələri dizayn edən və istehsal edən ölkələr sinfinə daxil olub.

Milli reaktiv döyüş təyyarəsi Kaanın inventara daxil olduqdan sonra Anka-3 və Kızılelma pilotsuz döyüş təyyarələri ilə avtonom qol uçuşu həyata keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti