...

İstanbul Atatürk Hava Limanı Milli Bağçasının ilk hissəsi sabah açılacaq

Dünya xəbərləri Materials 7 May 2023 00:35 (UTC +04:00)
İstanbul Atatürk Hava Limanı Milli Bağçasının ilk hissəsi sabah açılacaq

Bakı. Trend:

İstanbul Atatürk Hava Limanı Milli Bağçasının ilk hissəsinin açılışı sabah ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçirəcəyi “Böyük İstanbul Toplantısı” ilə açılacaq.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu park dünyanın beşinci, Türkiyənin isə ən böyük şəhər parkı olacaq.

Park salma işləri tamamilə tamamlandıqda təxminən iki milyon kvadratmetr sahədə istifadəyə veriləcək Atatürk Hava Limanı Milli Bağının birinci mərhələsinin tikintisi 499 min kvadratmetr sahəni əhatə etməklə başa çatıb.

Bağda indiyədək 10 min 81 ağac, 41 min ədəd bitki əkilib.

Məlumat üçün qeyd edək ki, Türkiyə tarixində ən böyük yaşıllıq zolağı olan 314 bağçada işlər davam etdirilərkən, 484 milli bağ vətəndaşların istifadəsinə verilmişdir.

Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi 2028-ci ilə qədər yaşıl sahəni 200 milyon kvadratmetrə çatdırmağı hədəfləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti