Bakı. Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov bu gün, mayın 7-də Moskvaya (Rusiya Federasiyası) rəsmi səfərə yollanıb.
Trend "Kabar"a istinadən xəbər verir ki, səfər zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli danışıqlar gözlənilir.
İki ölkənin liderləri ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.
Həmçinin, rəsmi səfər çərçivəsində Sadır Japarovun digər rəsmi şəxslərlə görüşü də nəzərdə tutulub.
Bundan əlavə, Sadır Japarov mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradını fəxri qonaq qismində ziyarət edəcək.