...

TUSAŞ tərəfindən hazırlanan KAAN-ın qiyməti açıqlanıb

Dünya xəbərləri Materials 8 May 2023 14:06 (UTC +04:00)
TUSAŞ tərəfindən hazırlanan KAAN-ın qiyməti açıqlanıb

Bakı. Trend:

Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsi KAAN-ın qiymətinin 100 milyon dollar (təxminən 2 milyard lirə) olacağı gözlənilir.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə TUSAŞ-ın direktoru Temel Kotil bildirib.

T.Kotil onu da qeyd edib ki, 2029-cu ilə qədər ayda iki təyyarə istehsal ediləcəyi planlaşdırılır.

Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Bundan əlavə, KAAN 2028-ci ildə Türkiyə hərbi hava qüvvələrinin inventarına daxil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti