...

Türkmənistan Prezidentinə TOGG avtomobili təqdim edilib

Dünya xəbərləri Materials 30 İyun 2023 12:04 (UTC +04:00)
Türkmənistan Prezidentinə TOGG avtomobili təqdim edilib

Bakı. Trend:

Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədova təqdim edilib.

Trend TurkicWorld-a istinadla xəbər verir ki, iki ədəd ağ rəngli TOGG-un təqdimat mərasimində Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, Ticarət və Sənaye Palatasın (TOBB) sədri Rifat Hisarcıklıoğlu da iştirak edib.

Məlumata əsasən, Serdar Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Avtomobil daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti