...

Makron təcili Parisə qayıtdı

Dünya xəbərləri Materials 30 İyun 2023 14:04 (UTC +04:00)

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirilən Aİ Şurasının iclasını yarımçıq tərk edib.

Trend xəbər verir ki, Emanuel Makron bir əlcəzairəsilli yeniyetmənin polis tərəfindən qətlə yetirilməsindən sonra artıq üç gecədir ki, davam edən iğtişaşların günü-gündən daha da alovlandığı Fransaya qayıtmaq üçün bu gün Brüsseldə keçirilən Aİ sammitindən erkən ayrılmaq məcburiyyətində olub.

Makron Parisə qayıtmaq üçün sammitin ikinci və son gününə planlaşdırılan media konfransını ləğv edib.

Qeyd edək ki, son məlumatlara görə, iğtişaşlar zamanı 667 nəfər həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti