Bakı. Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov bazar günü Monqolustanın paytaxtı Ulan-Batora dövlət səfərinə yollanıb.
Trend xəbər verir ki, səfər Monqolustan Prezidenti Uxnaagiyn Xürelsüxün dəvəti ilə baş tutur.
Səfər çərçivəsində Sadır Japarov Uxnaagiyn Xürelsüx, Baş nazir Luvsannamsrayn Oyuun-Erdene, Böyük Dövlət Xuralının sədri Qombojavin Zandanşatar ilə ikitərəfli danışıqlar aparacaq.
Həmçinin bir sıra digər yüksək səviyyəli tədbirlər və sənaye müəssisələrinə səfərlər də nəzərdə tutulub.