Bakı. Trend:
Qırğızıstan Prezidenti Sadır Japarovun Monqolustana dövlət səfəri başa çatıb.
Trend xəbər verir ki, səfər Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxun dəvəti ilə iyulun 9-11-də baş tutub.
İki ölkə liderləri məhdud və geniş tərkibdə danışıqlar aparıblar. Danışıqlardan sonra Sadır Japarov və Uxnaaqiyn Xurelsux Qırğızıstan və Monqolustan arasında dostluq və əməkdaşlığın qurulması haqqında Birgə Bəyannaməni imzalayıblar.
Həmçinin, dövlət səfəri zamanı Qırğızıstan-Monqolustan ikitərəfli əməkdaşlığının daha da inkişafına yönəlmiş bir sıra sənədlər imzalanıb.