...

Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə “Togg” avtomobili hədiyyə edib

Dünya xəbərləri Materials 18 İyul 2023 05:17 (UTC +04:00)
Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə “Togg” avtomobili hədiyyə edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ciddədə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana Türkiyənin Togg avtomobilini hədiyyə edib.

Trend xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin "Togg" avtomobili ağ rəngdədir.

Xatırladaq ki, Ərdoğan bazar ertəsi Səudiyyə Ərəbistanına səfər edib. O, vəliəhd şahzadə ilə görüş keçirib, həmçinin iki ölkə arasında sənədlərin imzalanmasında iştirak edib.

Qeyd edək ki, Türkiyə prezidenti Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti