...

Ərdoğan Qətər əmirinə TOGG hədiyyə edib

Dünya xəbərləri Materials 19 İyul 2023 17:06 (UTC +04:00)
Ərdoğan Qətər əmirinə TOGG hədiyyə edib

Bakı. Trend:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər əmiri Əl-Sani arasında ikitərəfli görüş baş tutub.

Trend TurkicWorld-a istinadla xəbər verir ki, Ərdoğan Lüsail sarayında Qətər əmirinə Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG hədiyyə edib.

Məlumata əsasən, görüş zamanı Əl Sani prezident Ərdoğana argentinalı futbolçu Lionel Messinin imzası ilə Qətərdə keçirilən FIFA 2022 Dünya Çempionatının finalında oynadığı topu göstərib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Avtomobil daha öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədov və Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salmana təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti