...

FİFA Qadınlararası Dünya Çempionatı zamanı atışma - 2 ölü

Dünya xəbərləri Materials 20 İyul 2023 11:40 (UTC +04:00)
atışma olub
FİFA Qadınlararası Dünya Çempionatı zamanı atışma - 2 ölü
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yeni Zelandiyanın Oklend şəhərinin mərkəzində, FİFA Qadınlararası Dünya Çempionatının açılışından bir neçə saat əvvəl silahlı atışma olub.

Trend xəbər verir ki, atışma nəticəsində 2 nəfər həlak olub, bir neçə şəxs, o cümlədən polis əməkdaşları yaralanıb. Atəş açan şəxs atışmadan qısa müddət sonra mərkəzi rayonda tikinti meydançasında ölü tapılıb.

Hücumun hansı səbəbdən baş verdiyi müəyyən edilməyib, polis təhlükəli şəxsi zərərsizləşdirib və ictimaiyyət üçün riskin olmadığı açıqlanıb.

Bütün FİFA personalının və futbol komandalarının təhlükəsizlikdə olduğu və çempionatın planlaşdırıldığı qaydada keçiriləcəyi bildirilir.

Xatırladaq ki, FİFA Qadınlararası Dünya Çempionatı 2023-cü ilin 20 iyul - 20 avqust tarixlərində keçiriləcək. Çempionata Avstraliya və Yeni Zelandiya ev sahibliyi edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti