...

Türkiyədə TOGG-un ikinci fabriki inşa ediləcək

Dünya xəbərləri Materials 25 İyul 2023 10:19 (UTC +04:00)
Türkiyədə TOGG-un ikinci fabriki inşa ediləcək

Bakı. Trend:

Türkiyənin ilk yerli elektromobili TOGG-un ikinci fabriki inşa ediləcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, ikinci fabriklə TOGG-un illik istehsal gücü 175 mindən 350 minə yüksələcək.

Məlumata əsasən, yeni fabriklə 10 ildə 1 milyon istehsal hədəfi də yenilənəcək.

Qeyd edək ki, 29 oktyabr 2022-ci ildə Gemlikdə yerləşən ümumi qapalı və açıq sahəsi 1,2 milyon kvadratmetr olan TOGG fabrikinin hazırda 230 min kvadratmetr qapalı istehsal sahəsi var.

Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Avtomobil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədov və Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salman, Qətər əmiri Əl-Sani və Birləşmiş Ərəb Əmirlikləri prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti