Bakı. Trend:
Yeni Zelandiya tarixdə ilk dəfə olaraq dövlətin yaxın illərdə üzləşə biləcəyi əsas təhdidlərin siyahısını dərc edib.
Trend xəbər verir ki, siyahı ölkənin baş kəşfiyyat idarəsinin (NZSIS) saytında dərc olunub.
Siyahıda Yeni Zelandiyaya mühüm zərər vura biləcək ölkələr arasında Çin, Rusiya və İranın adları qeyd olunub.
Baş kəşfiyyat idrəsinin hesabatında ölkənin təhlükəsizliyi üçün üç əsas təhdidlər zorakı ekstremizm, xarici müdaxilə və casusluq olaraq qeyd olunub.
Sənəddə Rusiyanın "özünün enerji bazarındakı üstünlüklərindən istifadə edərək" digər dövlətlərin daxili işlərinə qarışdığı, Çinin Yeni Zelandiyadakı Çin icmalarına təzyiq göstərdiyi, İranın isə onunla razılaşmayanları getdikcə daha aqressiv şəkildə susdurmağa çalışdığı qeyd olunur.