Bakı. Trend:
Fransada koronavirusun omikron ştamının yeni variantı - Eris (EG.5.1) sürətlə yayılmağa başlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, yoluxma halları daha çox istirahət məkanlarında baş verib.
Məlumatda 15-74 yaşlı insanlar arasında yoluxma hallarının ötən həftəyə nisbətən 25 faiz, 74 yaşdan yuxarı insanlarda 34 faiz, 2 yaşdan aşağı körpələrdə isə 56 faiz artdığı vurğulanıb.
Alimlər açıqlamalarında yeni ştamın yayılma risk faizinin az olduğunu qeyd ediblər.