...

ABŞ bu ölkə ilə irimiqyaslı hərbi təlimlərə başladı

Dünya xəbərləri Materials 21 Avqust 2023 11:51 (UTC +04:00)
ABŞ bu ölkə ilə irimiqyaslı hərbi təlimlərə başladı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları (ABŞ) və Cənubi Koreya Şimali Koreyanın raket sınaqları səbəbindən artan gərginlik fonunda döyüş hazırlığını möhkəmləndirmək məqsədilə irimiqyaslı birgə hərbi təlimlərə başlayıb.

Trend xəbər verir ki, bu barədə "Renhap" agentliyi məlumat yayıb.

"Total müharibə ssenarisinə əsaslanmış" illik "Ulchi Freedom Shield" (UFS) təlimləri zamanı "gözlənilməz hallara qarşı" tədbirlər məşq ediləcək, kompüter modelləşdirməsi əsasında komanda-qərargah təlimləri, paralel çöl təlimləri və mülki müdafiə təlimləri keçiriləcək. Təlimlərin avqustun 31-dək davam edəcəyi deyilir.

Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birgə Komitəsinin nümayəndəsinin sözlərinə görə, təlim zamanı müttəfiqlərin çöl şəraitində 30-a yaxın birgə təliminin keçirilməsi planlaşdırılır.

Təlimlərə Cənubi Koreya və ABŞ hərbçiləri ilə yanaşı, BMT Komandanlığının (UNC) doqquz üzv ölkəsindən - Avstraliya, Kanada, Fransa, Böyük Britaniya, Yunanıstan, İtaliya, Yeni Zelandiya, Filippin və Tailanddan - personal qoşulacaq.

Agentliyin məlumatına görə, Cənubi Koreya hərbçiləri təlimlər zamanı Pxenyanın mümkün hərbi fəaliyyətlərinə qarşı hazırlığını artırır, belə ki, Şimali Koreya mütəmadi şəkildə ABŞ-Cənubi Koreya təlimlərini Şimali Koreyaya müdaxilə üçün məşqlər adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti