...

Növbəti TEKNOFEST-lərdə KAAN təyyarəsi nümayiş olunacaq

Dünya xəbərləri Materials 29 Avqust 2023 17:17 (UTC +04:00)
Növbəti TEKNOFEST-lərdə KAAN təyyarəsi nümayiş olunacaq

Bakı. Trend:

Növbəti TEKNOFEST-lərdə Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsi KAAN da nümayiş olunacaq.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə TUSAŞ-ın direktoru Temel Kotil bildirib.

T.Kotil qeyd edib ki, bu ilin sonunda KAAN-ın ilk uçuşunu həyata keçirməsi gözlənilir.

"Sertifikasiya işləri bitmək üzrə olan GÖKBEY helikopteri xidmətə təhvil veriləcək səviyyəyə çatıb. Bundan əlavə, xarici ölkələrlə milyard dollarlıq satış müqavilələrinin imzalanması da planlaşdırılır", - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə sabah paytaxt Ankarada TEKNOFEST keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti