...

KAAN döyüş təyyarəsinin ilk uçuş tarixi açıqlandı

Dünya xəbərləri Materials 30 Avqust 2023 17:24 (UTC +04:00)
KAAN döyüş təyyarəsinin ilk uçuş tarixi açıqlandı

Bakı. Trend:

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsi KAAN-ın ilk uçuşu bu ilin sonunda həyata keçiriləcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə TUSAŞ-ın direktoru Temel Kotil bildirib.

Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dən alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli döyüş təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında milli döyüş təyyarəsinə KAAN adını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti