...

Ukrayna 51 ölkədən təhlükəsizlik zəmanəti almağa ümid edir - Mixail Podolyak

Dünya xəbərləri Materials 2 Sentyabr 2023 07:15 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi Kiyev 51 dövlətin onun təhlükəsizliyinin əsas təminatçısı olacağını gözləyir.

Trend xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Onun sözlərinə görə, hazırda təhlükəsizlik zəmanəti bəyannaməsinə 28 ölkə qoşulub. O, Kiyevin ümumilikdə 51 ölkədən təhlükəsizlik zəmanəti almağa ümid etdiyini qeyd edib.

Xatırladaq ki, NATO-nun iyul ayında Vilnüsdə keçirilən sammiti zamanı G7 ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalamaq qərarına gəliblər.

Belə bir təşəbbüs Ukraynaya təhlükəsizlik və iqtisadiyyat sahəsində uzunmüddətli dəstək verir. İstənilən ölkə qoşula bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti