Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən azad edilməsini təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə Volodimir Zelenski videomüraciətində bildirib.
Prezidentin sözlərinə görə, nazirliyə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerov rəhbərlik edəcək.