Bakı. Trend:
Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell yaxın günlərdə Gürcüstana gedəcək.
Trend Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili məlumat verib.
Məlumatda Gürcüstanın Aİ-yə üzvlük məsələsinin müzakirə olunacağı, Avropa Komissiyasının 12 tövsiyəsinin icra prosesindəki son vəziyyətə dair Aİ nümayəndəsinə məlumat veriləcəyi qeyd olunub.
"Avropalı həmkarlarımızın ölkəyə layiq olduğu statusu vermək üçün yetərincə arqumentlərinin olacağına inanıram", - İ.Qaribaşvili deyib.