...

Putinin iştirak edəcəyi Şərq İqtisadi Forumuna xarici liderlər qatılmayacaq

Dünya xəbərləri Materials 9 Sentyabr 2023 14:40 (UTC +04:00)
Putinin iştirak edəcəyi Şərq İqtisadi Forumuna xarici liderlər qatılmayacaq
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Xarici dövlətlərin rəhbərləri builki Şərq İqtisadi Forumunda (EEF-2023) iştirak etməkdən imtina ediblər.

Trend xəbər verir ki, bu barədə Primorye vilayət administrasiyasından məlumat verilib.

Məlumata görə, forumda Rusiya prezidenti Vladimir Putinlə yanaşı iştirak edəcək ən yüksək vəzifəli xarici nümayəndə Laosun vitse-prezidenti Pani Yatxotu və Çin Xalq Respublikası Dövlət Şurasının baş nazir müavini Çjan Qoçin olacaq.

Qeyd edək ki, Şərq İqtisadi Forumu (EEF-2023) 10-13 sentyabr tarixlərində Rusiyanın Vladivostok şəhərində keçiriləcək. Putin sentyabrın 12-də forumun plenar iclasında iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti