Bakı. Trend:
Türkiyənin Zonquldak vilayətində mədən çöküb.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
İlkin məlumata əsasən, hadisə yerinə çoxlu sayda həkim, polis, AFAD qrupları cəlb edilib.
"İçəridə 280 nəfər var, dörd nəfər dağıntılar altında qalıb. Onlardan biri xilas edilib. Bir nəfər isə ağır yaralanıb. İki nəfərin sağ olduğu məlumatı alınıb. 75 nəfərdən ibarət komanda ilə xilasetmə işləri davam edir", - deyə Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib.